Əli Hüseynli: “Buna ən bariz nümunə “ASAN xidmət”dir”

Əli Hüseynli: “Buna ən bariz nümunə “ASAN xidmət”dir”
  09 Dekabr 2013    Oxunub:3189
“Azərbaycanda insan hüquqlarının təmin edilməsi istiqamətində atılan addımlardan və ən bariz nümunələrdən biri “ASAN xidmət”dir. 2014-cü ilin sonunadək bu xidmətin ümumilikdə bütün ölkənin ərazisini əhatə etməsi gözlənilir”.

AzVision.az Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə keçirilən Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə deyib.

Ə. Hüseynli bildirib ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 500 mindən artıq vətəndaşa xidmət göstərilib: “Təxminən hər gün orta hesabla bu mərkəzlərdə ümumilikdə minə yaxın insana xidmət göstərilir”.

Komitə sədrinin fikrincə, bu mərkəzləri Azərbaycanda insan hüquqlarının qorunması və təmin edilməsi sahəsində ən bariz nümunə hesab etmək olar: “Bakı şəhəri artıq tam şəkildə “ASAN xidmət”lə əhatə olunub. Hazırda regionlarda səyyar “ASAN xidmət” göstərilir. İlin sonunadək isə bu xidmətin ümumilikdə bütün ölkənin ərazisini əhatə etməsi gözlənilir. Bu xidmətin fəaliyyətində aşkarlıq və şəffaflıq ən mühüm göstəricidir. "ASAN xidmət" "Gələcəyə baxış: 2020" İnkişaf Konsepsiyasında qarşıya qoyulan məqsədlərə nail olunmasında ən məqbul vasitədir”.


Teqlər:





Xəbər lenti