Bakıda turistlər üçün velosiped sistemi yaradılır

 Bakıda turistlər üçün velosiped sistemi yaradılır
  27 Sentyabr 2019    Oxunub:4263
Gələn il Bakıda turistlər üçün istiqamətləndirici lövhələrin yerləşdirilməsi nəzərdə tutulur.

Bunu Azvision.az -a açıqlamasında Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov deyib. O bildirib ki, bununla turistlər gedəcəkləri istiqamətlər haqqında daha asan məlumat ala biləcəklər.
“Yaxın illərdə Bakı üçün velosiped sistemi yaradılacaq. Bir çox Avropa və dünya şəhərlərində belə sistem var. İstənilən turist öz mobil əlavə (aplikasiya) vasitəsilə qeydiyyatdan keçir, istənilən yerdən velosipedi götürür, gələcək dayanacaqda onu qoyur və öz gedişinə uyğun ödəniş edir. Bu, Bakıda mərkəzi hissədə - Dənizkənarı Bulvar, İçərişəhər ərazisi, Heydər Əliyev Mərkəzindən Fəvvarələr Meydanı istiqamətində ola bilər. Bununla bağlı Bakı Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlıq edəcəyik ki, onlar bizim üçün velospied yollarını çəksinlər və biz də turizm marşurutunu təşkil edək”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Turist   Velisoped   Bakı   Turizm  





Xəbər lenti