4 ay əvvəl vəzifə verilən məmur istefa ərizəsi yazdı
Bildirilib ki, istefa ərizəsi prezident Vladimir Zelenskinin Nyu-Yorka səfərindən əvvəl yazılıb. Zelenski Kiyevə qayıdanda ərizəyə baxacaq.
Danilyuk istefasını təsdiqləyib və bildirib ki, prezidentin qərarına qədər bu vəzifədə qalacaq.
Xatırladaq ki, Danilyuk cari ilin 28 may tarixində Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilib. Bundan əvvəl Ukraynanın maliyyə naziri işləyib və seçki kampaniyası dövründə prezidentliyə namizəd Zelenskinin beynəlxalq siyasət və iqtisadiyyat üzrə müşaviri olub.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Ukrayna