Millimizin baş məşqçisi vəfat edib

Millimizin baş məşqçisi vəfat edib
  27 Sentyabr 2019    Oxunub:2099
Azərbaycanın kişilərdən ibarət milli həndbol komandasının və “Məhsul” klubunun baş məşqçisi Hikmət Abdullayev 63 yaşında dünyasını dəyişib.
Azərbaycan Həndbol Federasiyasının Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Fəxri Bədən Tərbiyyəsi və İdman İşçisi ürək xəstəliyindən vəfat edib.

Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.

Azvision.az


Teqlər: Həndbol   Məşqçi   Vəfat  





Xəbər lenti