Azərbaycanın cüdo millisinin tarixində bir ilk

Azərbaycanın cüdo millisinin tarixində bir ilk
  29 Sentyabr 2019    Oxunub:2138
Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin komanda yarışlarında Azərbaycan millisi tarixində ilk dəfə finala çıxıb.
Azvision.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan yığması Çin Taypeyi, Avstraliya və Rusiya komandalarına qalib gəlib. Həlledici görüşdə rəqib Yaponiya olacaq.

Qeyd edək ki, fərdi yarışda Kamran Süleymanov (60 kq) gümüş, Vüqar Talıbov (73 kq) bürünc medala sahib çıxıb.

Azvision.az



Teqlər: Cüdo   Milli   Yarış  





Xəbər lenti