Yeniyetmə cüdoçularımızdan uğurlu nəticə

Yeniyetmə cüdoçularımızdan uğurlu nəticə
  29 Sentyabr 2019    Oxunub:2543
Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin son günü Azərbaycan üçün əlamətdar olub.
Azvision.az xəbər verir ki, millimiz tarixdə ilk dəfə olaraq dünya birinciliyinin komanda yarışlarının gümüş medalını qazanıb. 1/8 finalda Çin Taybeyi, 1/4 finalda isə Avstraliya yığmalarına inamla qalib gələn cüdoçularımız yarımfinalda Rusiya millisi ilə qarşılaşıb. Dramatik keçən görüşdə güclü rəqibini 4:3 hesabı ilə məğlub edən Azərbaycan komandası tarixində ilk dəfə olaraq finala çıxıb. Həlledici qarşılaşmada Yaponiya cüdoçularına uduzan yeniyetmələrdən ibarət milli komandamız dünya birinciliyində 2-ci yeri tutub.

Azvision.az



Teqlər: Cüdo   Milli   Kubok  





Xəbər lenti