Ştefan Füle: Azərbaycanla əməkdaşlığı genişləndirəcəyik

Ştefan Füle: Azərbaycanla əməkdaşlığı genişləndirəcəyik
  10 Dekabr 2013    Oxunub:1201
Ştefan Füle: Aİ Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir.

"Biz Azərbaycan və Avropa İttifaqının (Aİ) bir-birinə yaxınlaşdığını görməkdən şadıq. Aİ və Azərbaycan arasında əməkdaşlıq artıq öz nəticəsini verir". AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclasında çıxış edən Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle bildirib.

O, Vilnüsdə viza rejiminin sadələşdirilməsinə dair sazişin imzalanmasına toxunaraq, bunun insanlar arasında əlaqələrin güclənməsinə səbəb olacağını deyib.

Ş.Füle qeyd edib ki, Aİ Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir: "Aİ assosiasiya haqqında sazişə dair danışıqları sürətləndirmək istərdi. Bu baxımdan biz Azərbaycanı Ümumdünya Ticarət Təşkilatına üzvlük istiqamətində işləri sürətləndirməyə çağırırıq".
Avropa komissarı deyib ki, Aİ və Azərbaycan arasında əməkdaşlığın digər mühüm elementlərindən biri də fundamental azadlıqlara hörmətdir. O, Azərbaycanı bu sahədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.

Onun sözlərinə görə, Azərbaycan Aİ-nin dəstəyinə arxalana bilər: "Biz səmimi və açıq dialoqu dərinləşdirməyə sadiq qalırıq".


Teqlər:





Xəbər lenti