71 yaşını qeyd edən şair müalicə üçün Türkiyəyə getdi

   71 yaşını qeyd edən şair müalicə üçün Türkiyəyə getdi
  01 Oktyabr 2019    Oxunub:2866
Bu gün tanınmış şair Vaqif Bayatlı Odərin doğum günüdür. Şair 71 yaşını qeyd edir.

Şairin xanımı Tamam Bayatlı Azvision.az -a bildirib ki, həyat yoldaşı doğum gününü Türkiyədə qeyd edəcək. O, müayinələri ilə əlaqədar bir müddət Azərbaycanda olmayacaq.
“Vaqif müəllimlə birgə Türkiyədəyik. Müayinələri ilə bağlı prosedurlardan keçir. Həkimlər vəziyyətini öyrənmək üçün hələ yoxlayırar. Nəticələr bir- iki günə bilinəcək. Səhhəti pis deyil, əvvəlki kimidir. Azərbaycana nə zaman dönəcəyimiz həkimlərin yoxlamalarından asıldır. Uzun müddətli qalmağımız tələb olunarsa, burada bir müdətdə qalacağıq”.

Qeyd edək ki, Vaqif Bayatlı Odər uzun müddətdir beyin anomaliyasından və ürək xəstəliyindən əziyyət çəkir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: VaqifBayatlı   Şair  





Xəbər lenti