Bir mahnı ilə Rusiyada məşhurlaşan azərbaycanlı qardaşlar - VİDEO

  02 Oktyabr 2019    Oxunub : 19574
 Bir mahnı ilə Rusiyada məşhurlaşan azərbaycanlı qardaşlar - VİDEO
Rusiyada yaşayan Azərbaycan əsilli Rauf və Faiq Mirzəyev qardaşları “Uşaqlıq” mahnısı ilə rekorda imza atıblar. Son günlər Rusiyada məşhurlaşan mahnı “Yandex”də ən çox axtarılan üç mahnıdan birdir.
Azvision.az xəbər verir ki, sözügedən mahnı Rusiyanın "Yandeks" axtarış sistemində il ərzində ən çox axtarılan ikinci mahnıdır.

Qeyd edək ki, Rauf və Faiq Mirzəyev qardaşları əslən azərbaycanlıdırlar. Onlar Udmurtiya Respublikasının paytaxtı İjevsk şəhərində yaşayırlar.



Azvision.az

Teqlər: Mahnı   Yandex   Axtarış