Azərbaycanda nə qədər muzdlu işçi var?
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, cari ilin noyabrın 1-ə kimi ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 505,6 min nəfər olub.
Komitənin rəsmi məlumatında qeyd edilib ki, muzdla çalışan işçilərin 901,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 603,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Muzdla işləyənlərin 7,1 faiziisə tikinti sahəsində çalışıb.
Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində və tikinti sektorunda orta aylıq nominal əmək haqqı daha yüksək olub.
AzVision.az