Xaçmazda üç kəndə qaz verilib

Xaçmazda üç kəndə qaz verilib
  02 Oktyabr 2019    Oxunub:1863
Bu gün Xaçmaz rayonunun 3 kəndinə (Seyidlər, Digahoba və Aşağı Ləyər) təbii qaz verilib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, bu münasibətlə Seyidlər kəndində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, “Azəriqaz”ın Xaçmaz Regional qaz istismarı İdarəsinin kollektivi, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.

Çıxışlarda qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosial siyasətin tərkib hissəsi olan qazlaşma işləri nəticəsində Xaçmazda da bir çox kəndlər mavi yanacaqla təmin edilib. 2019-cu il üçün qəbul olunan dövlət proqramı əsasında Azərbaycanın bölgələrində bu ilin sonunadək 13 qəsəbə, 23 kənd və 26 yeni yaşayış massivinə mavi yanacaq veriləcək.

Qeyd edək ki, Xaçmaz rayonunun Seyidlər kəndində 86, Digahoba kəndində 64, Aşağı Ləyər kəndində isə 99 abonent mavi yanacaqla təmin olunub. Evlərdə fərdi qaz tənzimləyicisi və məişət tipli qaz sayğacları quraşdırılıb. Ümumilikdə Seyidlər kəndində 7258.7 metr, Digahoba kəndində 7518.8 metr, Aşağı Ləyər kəndində isə 7677.5 metr uzunluğunda müxtəlif iametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.

Azvision.az



Teqlər: Qaz  





Xəbər lenti