“Qarabağ” rəsmisinə ECA-da vəzifə verildi

“Qarabağ” rəsmisinə ECA-da vəzifə verildi
  03 Oktyabr 2019    Oxunub:1944
“Qarabağ”ın baş meneceri Asif Əsgərov Avropa Klublar Assosiasiyasının (ECA) İşçi Qrupunun katibi seçilib.
Azvision.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Əsgərov "Milan"ın prezidenti İvan Qazidisin rəhbərlik etdiyi qrupda 4 il xidmət göstərəcək.

O, bu qrupda "Tottenhem", "Arsenal", "Ayaks", "Zalsburq", "Yuventus", "Barselona" və "Borussiya" (Dortmund) rəsmiləri ilə birlikdə yer alıb.

Qeyd edək ki, Asif Əsgərov iki il İşçi Qrupunun üzvü olub və bu hal Azərbaycan futbol tarixində bir ilkdir.

Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti