Lalə Şövkətin partiyası mitinqə qatılmayacaq

Lalə Şövkətin partiyası mitinqə qatılmayacaq
  10 Dekabr 2013    Oxunub:896
Azərbaycan Libaral Partiyası (ALP) Milli Şuranın dekabrın 15-də keçiriləcək mitinqinə qatılmayacaq.
Bunu AzVision.az-a açıqlamasında partiya sədri Əvəz Temirxan deyib.

Onun sözlərinə görə, mitinqlə bağlı müzakirə partiyanın gündəliyində yoxdur:

“Dekabrın 15-də olacaq mitinq üçün xüsusi müzakirə olmayacaq. Amma üzvlərimizin könüllü iştirakı təqdirəlayiq sayıla bilər. Bu, başqa bir təşkilatın mitinqi olduğu üçün, xüsusi olaraq, bizim müzakirə etməyimiz məntiqsiz olar. Hər halda sosial ədalətin bərqarar olunması üçün keçirilən mitinq olduğuna görə üzvlərimizin orada inkişafını normal hal saymaq olar”.

Qeyd edək ki, Milli Şura dekabrın 15-də mitinq keçirmək üçün Bakı şəhər icra Hakimiyyətinə müraciət ünvanlayıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti