Elmar Vəliyev dünya məşhurlarını Gəncəyə gətirir - EKSKLÜZİV

Elmar Vəliyev dünya məşhurlarını Gəncəyə gətirir - EKSKLÜZİV
  10 Dekabr 2013    Oxunub:1159
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gəncəlilər üçün gözlənilməz addım atıb.

AzVision.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin 2016-cı ilin “Avropa gənclər paytaxtı” seçilməsindən sonra E.Vəliyev bu qələbəni xüsusi qeyd etmək qərarına gəlib.

İcra başçısı tarixi qələbəni qeyd etmək üçün möhtəşəm konsert proqramının keçirilməsini tapşırıb. Belə ki, E.Vəliyev konsertdə hansı popuylar müğənninin iştirak etməsini gənclərin öhdəsinə buraxıb.

Bunun üçün də icra başçısı tapşırıq verib ki, gənclər hansı dünya ulduzunu Gəncədə görmək istəyirsə, o müğənni şəhərə gətiriləcək. Bu müğənninin kim olmasından asılı olmayaraq.

Şəxsən icra başçısının özü bu barədə göstəriş verib. Bunun üçün hətta facebookda sorğu keçirilir ki, gənclər hansı ulduzun Azərbaycana gətirilməsini istəyir?

“Əziz Gənclər hamımıza yaxşı məlumdur ki, Gəncə şəhəri Avropanın Gənclər Paytaxtı seçilərək tarixi qələbəyə imza atıb. Bu münasibətlə Gəncədə möhtəşəm tədbirlər keçiriləcək.
Qalibiyyətin sahibi siz gənclər olduğunuz üçün , sizin aranızda belə bir sorğu keçirtmək qərarına gəldik. Gəncədə bu qələbə münasibəti ilə konsert keçirtsək, hansı dünya şöhrətli mügənnini Gəncədə görmək istərdiniz? (fikirləriniz önəmlidir, fəal olun!)”-deyə sosial şəbəkədə payyaxt sakinləri arasında sorğu keçirilir.

Səsvermədən sonra ən çox səs toplayan müğənni Gəncədə təşkil olunan konsert proqramında iştirak edəcək.

Qeyd edək ki, Gəncəyə gətiriləcək məşhurlar sırasında Şakira, Rihanna, Cenefir Lopez və tanınmış türk müğənnilərinin adı çəkilir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti