“Biz qorxaq deyilik, meydandan qaçmarıq" - Qurban Qurbanov (VİDEO)

  04 Oktyabr 2019    Oxunub : 1921
 “Biz qorxaq deyilik, meydandan qaçmarıq" - Qurban Qurbanov (VİDEO)
“Mən fəxr edirəm ki, azərbaycanlıyam, “Qarabağ”ın məşqçisiyəm”

Azvision.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Düdelanj"a 4:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Baş məşqçi matçla bağlı təəssüratlarını bölüşüb: "Futbolçularımı təbrik edirəm. Hesabdan çox oyun maraqlı idi. Futbolçular bunu bacardılar. Lakin hesab bizi aldatmamalıdır. İkinci hissədə bəzi səhvlərimiz oldu. Bununla belə, qələbə qazandıq".

Q.Qurbanov matçın ilk hissəsində baş vermiş erməni təxribatına münasibət bildirib və bunu qorxaqlıq adlandırıb: “Biz qorxaq deyilik, meydandan qaçmarıq. Uduzsaydıq belə, meydana qayıdacaq və mübarizə aparacaqdıq. Bir azərbaycanlı olaraq, qaçmağı özümüzə yaraşdırmıram”.



Azvision.az

Teqlər: Qurban-Qurbanov