AFFA-dan erməni təxribatı ilə bağlı UEFA-a etiraz

  04 Oktyabr 2019    Oxunub : 1630
AFFA-dan erməni təxribatı ilə bağlı UEFA-a etiraz
AFFA rəhbərliyi Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda keçirilən “Düdelanj” və “Qarabağ” qarşılamasında baş verən erməni təxribatına etirazını bildirib.
Azvision.az AFFA-nın “Facebook” səhifəsinə istinadən xəbər verir ki, milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq narazılıqlarını ifadə ediblər. Bu gün isə Avropa futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.

Qeyd edək ki, “Düdelanj” - “Qarabağ” matçının 31-ci dəqiqəsində dron vasitəsilə stadionun üzərinə Qarabağ separatçılarının qondarma "bayrağı" gətirilib. Futbolçularımız buna qəti etirazlarını bildiriblər. Meydanda gərgin anlar yaşanıb. Qarşılaşmanın baş hakimi bu səbəbdən oyunu dayandırıb. Görüş 30 dəqiqəlik fasilədən sonra bərpa edilib.

Azvision.az

Teqlər: AFFA   Qarabağ   Təxribat