AMİP Milli Şuraya dərs keçdi

  10 Dekabr 2013    Oxunub : 514
AMİP Milli Şuraya dərs keçdi
“Biz Milli Şurada təmsil olunmasaq da heç vaxt onun əleyhinə təbliğat aparmamışıq. Amma indi bu qurumun öz daxilində həm qurumun əleyhinə, həm də bir-birilərinə qarşı mütəmadi təbliğat aparırlar”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr müavini Elşən Mustafayev deyib. O vurğulayıb ki, Milli Şuranın taleyi ilə bağlı bu quruma daxil olan partiyalar və fərdlər düşünməlidirlər:

“Açıq şəkildə orada baş verənlərə müdaxilə etməyimiz etik cəhətdən düz çıxmaz, amma Azərbaycan vətəndaşı kimi bəzi məsələlərə münasibət bildirə bilərik. Bu gün ölkə müxalifəti missiyasını üzərinə götürən bir qurum daxilində bu şəkildə narazılıqların olmağı, ölkənin əsas narazı kütləsini öz monopoliyasında saxlamaq iddiasında olan bir qurumun bu halına münasibət bildirməmək mümkün deyil. Biz Milli Şurada təmsil olunmasaq da heç vaxt onun əleyhinə təbliğat aparmamışıq. Amma indi bu qurumun öz daxilində həm qurumun əleyhinə, həm də bir-birilərinə qarşı mütəmadi təbliğat aparırlar”.

Sədr müavini hesab edir ki, Milli Şura bu fəaliyyəti ilə narazı kütləni öz ətrafında cəmləşdirə bilməz: “Bu, mümkün deyil və olmayacaq. Milli Şura demək olar ki, seçkidən öncəki İctimai Palata formatına enib. Ölkə miqyasında işlər görmək istəyən qurum geniş kütlənin ürəyindən keçən fikirlər səsləndirməli, onların inamını qazanmalıdır. Amma bu zəifləmə və konfliktlər ona çatdırıb ki, gələcəkdə Milli Şura ən yaxşı halda İctimai palata formatından yuxarı qaxla bilməyəcək”.

E.Mustafayev onu da qeyd edib ki, qurumun hazırkı fəaliyyəti ona olan inamı azaldır.

“Milli Şuranın fəaliyyəti ona inamı olan insanların inamını azadlır. Bizi insanların Milli Şuraya inamını azalmağı qorxturmu. Bütövlükdə demokratik qüvvələrin gələcəkdə nə isə edə biləcəyinə inamın ölməyi qorxudur. Söhbət Milli Şuradan getmir, onların fəaliyyəti cəmiyyətin inamını öldürür, təhlükəli mıəqam da budur”.

Fatimə Kərimli

Teqlər: