Beyləqanda iki maşın toqquşub - Xəsarət alan var

Beyləqanda iki maşın toqquşub -    Xəsarət alan var
  04 Oktyabr 2019    Oxunub:1576
Beyləqan rayonunun ərazisində “VAZ” markalı minik avtomobili ilə “Mercedes” markalı maşın toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Qəza   Beyləqan  





Xəbər lenti