Prezident Teymur Rəcəbovu təbrik etdi

  04 Oktyabr 2019    Oxunub : 1261
 Prezident Teymur Rəcəbovu təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev qrossmeyster Teymur Rəcəbovu təbrik edib.
Azvision.az -ın məlumatına görə, təbrikdə deyilir:

"Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Teymur-Rəcəbov