“Bakıda taksi fəaliyyəti ilə bağlı vəziyyət ürəkaçan deyil” - BNA rəsmisi
Bunu Azvision.az -a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
“Müəyyən sifarişli taksi xidmətlərinin sayəsində bu gün taksilərdə gediş haqqı aşağıdır. Lakin göstərilən xidmətin keyfiyyəti heç kimi qane etmir. Sürücülərin peşəkarlıq səviyyəsi və avtomobillərin texniki vəziyyəti qənaetbəxş deyil. Bu situasiyada qazanan yalnız sifarişli taksi xidmətlərinin şirkətləridir. Nə sürücü mənfəət əldə edə bilir, nə də sərnişin. Ümumilikdə, Bakı şəhərində taksi fəaliyyətinin işinin yüksəldilməsi üçün konsepsiya hazırlanır. Yaxın vaxtlarda konsepsiyanın icrasına başlanılacaq. Taksilərlə bağlı məsələ həssasdır. Burada mövcud reallıqlar nəzərə alınmalıdır. Tələblərin sərt qaydada tətbiqi əks təsirlər verə bilər”, - deyə BNA rəsmisi qeyd edib.
Aytən Zəhra
Azvision.az