Misirdə turistlərə qadağalar tətbiq olunacaq

Misirdə turistlərə qadağalar tətbiq olunacaq
  05 Oktyabr 2019    Oxunub:6057
Misirdə BMT-nin “Mərcan qayalarını dalğıc və snorkelinqlə məşğul olan şəxslərdən qorumaq” təşəbbüsü çərçivəsində turistlərin balıqlara yem verməsinə qadağa qoyulacaq.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, turistlərə mərcan qayalarını sındırmaq, zibil, plastik qablar, qida qalıqları və kimyəvi maddələri dənizə atmaları da qadağan ediləcək.

Təşəbbüs Cənubi Sinay adasında başlayıb, 2020-ci ilin martına qədər ölkənin digər şəhərlərində də tətbiq ediləcək.

Azvision.az


Teqlər: Misir  





Xəbər lenti