Bakıda böyük velosiped yolları şəbəkəsi qurulacaq

  Bakıda böyük velosiped yolları şəbəkəsi qurulacaq
  05 Oktyabr 2019    Oxunub:2630
Yaxın 2-3 il ərzində Bakıda böyük velosiped yolları şəbəkəsinin qurulmasına nail olunacaq.

Bunu Azvision.az -a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. Onun sözlərinə görə, son vaxtlar vətəndaşlar arasında velosiped sürməyə maraq artır:
"Onların marağını qarşılamaq, təhlükəsiz mühitin yaradılması üçün layihələndirmə işlərinə başlanılıb. İlkin olaraq müxtəlif maraq nöqtələrini birləşdirən, təxminən 18 km-lik velosied yolu layihəsi hazırlanıb. Yaxın vaxtlarda onun icrasına başlanılacaq. İlk olaraq hökümət evinin arxasında, daha sonra Səməd Vurğun bağı - Mərdənov qardaşları istiqamətində işlərə başlanılacaq".

Aytən Zəhra
Azvision.az



Teqlər: BNA   Velisiped   Yol  





Xəbər lenti