Qar yağacaq, yollar buz bağlayacaq

Qar yağacaq, yollar buz bağlayacaq
  10 Dekabr 2013    Oxunub:903
Sinoptiklər sabaha yağıntı vəd edir
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında dekabrın 11-də günün birinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam havanın tutqun, gecəyə doğru bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Şimal küləyi güclənəcək. Havanın temperaturunun gecə 3-5 dərəcə, günün birinci yarısında 6-8 dərəcə, günün ikinci yarısında 1-3 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda dekabrın 11-də günün ikinci yarısında şimal və qərb rayonlarında, axşam isə şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək arabir güclənəcək.

Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-9 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamenti gözlənilən əlverişsiz hava şəraiti haqqında xəbərdarlıq da yayıb.

Xəbərdarlıqda bildirilir ki, dekabrın 11-i günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yenidən soyuq, arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Dekabrın 11-12-də güclü şimal-qərb küləyi əsəcək.


Teqlər:





Xəbər lenti