Daha bir icra başçısı özünə gənc müavin seçdi

Daha bir icra başçısı özünə gənc müavin seçdi
  10 Dekabr 2013    Oxunub:1114
Tərtər rayon icra başçısı Ceyhun Cəfərov icra hakimiyətində kadr dəyişiklikləri həyata keçirib.
Tərtər Rayon İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, icra başçısı Tərtər rayonunun YAP-ın sədri Ramiz Şabanovu özünə birinci müavin təyin edib.

Bu vəzifəni daha öncə bir müddət əvvəl işdən çıxarılan Vidadi Bəylərov yerinə yetirirdi.

C.Cəfərov Humanitar məsələlər üzə müavin vəzifəsinə 28 yaşlı Elvin Umudovu təyin edib. O, bundan əvvəl Rayon Gənclər idman idarəsinin rəisi vəzifəsində işləyib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti