Rafael Ağayev Moskvada qalib oldu

Rafael Ağayev Moskvada qalib oldu
  06 Oktyabr 2019    Oxunub:2318
Azərbaycan millisi Moskvada keçirilən “Karate -1” Premyer Liqa turnirində üç medal qazanıb.
Azvision.az xəbər verir ki, yarışda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev mərakeşli Yassin Sekuri, Rodriqo İbanez (İspaniya) və Slovakiya təmsilçisi Matus Lieskovskini məğlub edərək yarımfinala yüksəlib.

Finala gedən yolda karateçimizin rəqibi İran təmsilçisi Bəhmən Əsgəri olub. Rəqibinə qalib gələn R.Ağayev turnirin finalına yüksəlib. Qızıl medal uğrunda görüşdə qazaxıstanlı Yermek Aynəzərovu üstələyən karateçimiz turnirin qalibi olub.

Digər karateçimiz İrina Zaretska (68 kq) Braziliya təmsilçisi Natalia Spiqolon, danimarkalı Ketrin Pederson və çinli Linqlinq Tanqı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Marina Pakoviçə (Monteneqro) qalib gələn İ.Zaretska turnirin finalına adlayıb. Həlledici görüşdə çinli Qonq Liyə qalib gələn İ.Zaretska Premyer Liqa turnirinin qızıl medalını qazanıb.

Nuranə Əliyeva (50 kq) isə turniri üçüncü pillədə başa vurub.

“Karate -1” Premyer Liqa turnirinin Moskva mərhələsində 85 ölkədən 642 idmançı yarışıb.

Azvision.az



Teqlər: Rafael-Ağayev   Karate  





Xəbər lenti