“Qarabağ” ardıcıl 7-ci qələbəsini qazandı

“Qarabağ” ardıcıl 7-ci qələbəsini qazandı
  07 Oktyabr 2019    Oxunub:2216
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.
Azvision.az xəbər verir ki, turun son oyununda lider "Qarabağ" "Sabah" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma Ağdam klubunun 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Bununla da Qurban Qurbanovun komandası ölkə çempionatında ardıcıl 7-ci qələbəsini qazanıb.

Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti