Mahir Emreli millidən kənarlaşdırılıb

  07 Oktyabr 2019    Oxunub : 1217
 Mahir Emreli millidən kənarlaşdırılıb
Oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə Avro-2020-nin seçmə mərhələsində Macarıstan komandası ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
Azvision.az -ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Premyer Liqanın VII turu çərçivəsində oktyabrın 6-da keçirilimiş “Qarabağ” – “Sabah” oyununda zədələnən Mahir Emreli millimizin qeyd olunan oyunlarında iştirak edə bilməyəcək. Əvəzində, “Neftçi”dən Namik Ələsgərov millinin heyətinə dəvət olunub.

Azvision.az

Teqlər: Futbol