Səlahət Ağayev bir həftə müalicə olunacaq

  07 Oktyabr 2019    Oxunub : 1026
Səlahət Ağayev bir həftə müalicə olunacaq
Premyer Liqanın 7-ci turunda "Səbail”lə oyunda zədələnən "Neftçi"nin qapıçısı Səlahət Ağayevin hazırki durumu açıqlanıb.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, tibbi baxışın nəticələrinə görə, təcrübəli qapıçı pubalgiya (oturaq sümüyünün iltihabı xəstəliyi) diaqnozu ilə bir həftə müalicə olunacaq.

Qeyd edək ki, Ağayev bu mövsüm "Neftçi"nin heyətində 13 oyunun hamısında meydana çıxıb.

Azvision.az

Teqlər: Səlahət-Ağayev   Qapıçı   Neftçi