“Təmiz Dünya” uşaqlar üçün yeni layihəyə başladı
- Bakı şəhərində 3-12 yaş arası (3-6 yaş arası olan və uşaq baxçasına yerləşdirmə imkanı olan uşaqlar istisna olmaqla) çətin həyat şəraitində olan uşaqlara günərzi xidmətləri göstərəcək Mərkəzin fəaliyyətinin təşkili;
- Həmin uşaqlara gündəlik inkişaf xidmətlərinin göstərilməsi, onlara psixoloji dəstəyin və məsləhətlərin verilməsi;
- Həmin uşaqlar üçün hüquqi müvəkkilliyin təmin edilməsi;
- Həmin uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq, müxtəlif dərnəklər vasitəsilə özünəxidmət bacarıqlarının artırılması və təxəyyülün inkişaf etdirilməsi;
- Uşaqlarrın sağlamlıq problemlərinin aradan qaldırıması üçün, tibbi yardıma əlçatanlığının tətmin edilməsi;
- Uşaqların təhsilə maraqlarının gücləndirilməsi və davranış dəyişiklərinə nail olma;
- Ailə münasibətlərində valideyn uşaq və uşaq valideyn münasibətlərinin harmonal inkişafına dəstək;
- Mərkəzə cəlb edilən uşaqların vaxtının səmərəli təşkili məqsədi ilə müxtəlif tədbirlərin həyata keçirilməsi;
- Mərkəzlərin işçilərinin bilik və bacarıqlarının mütəmadi olaraq artırılması məqsədilə təlimlərin keçirilməsi;
- Uşaqlarla münasibətin formalaşması üçün valideynlərə psixoloji yardım və digər məlumatlandırma imkanlarının yaradılması;
- Uşaqların normal mühitdə böyüməsi üçün valideynlərə sosial müdaifə imkanlarına çıxışın təmininə dəstək;
- Çətin həyat şəraitində olan ailələrin mərkəzlərin fəaliyyəti haqqında məlumatlandırılması və onların sosial xidmətlərə çıxışının təmini;
- 2019-ci il ərzində Binəqədi rayonu üzrə 30 uşağa günərzi xidmətlərin göstərilməsi.
Layihənin müddəti 4 aydır. 11 sentyabr 2019-cu ildə başlayan layihə 11 yanvar 2020-ci ildə başa çatacaq.
Artıq layihənin icrası ilə bağlı təşkilatı işlər, avadanlqıların alınması prosesi yekunlaşıb və uşaqlar mərkəzə cəlb edilir.
Teqlər: