Ekologiya Nazirliyində korrupsiya faktı
Bundan başqa, ötən ilin dekabr ayında mərkəzin sutəmizləyici qurğularında təmir-tikinti işlərinin aparılması üçün «Exiles STS» MMC ilə 126.0 min manat dəyərində müqavilə imzalandığı halda, təmir-tikinti işlərinin dəyəri süni olaraq 101.0 min manat artırıldığı, ümumilikdə isə işlərin həcminin süni surətdə artırılması nəticəsində 183.0 min manat məbləğində büdcə vəsaitinin mənimsənildiyi müəyyən olunub.
Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.