Səlim Müslümov işçi qrupu yaratdı

Səlim Müslümov işçi qrupu yaratdı
  10 Dekabr 2013    Oxunub:1126
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi II və III qrup əlillik təyin olunan, lakin əlillik təyin edilməsi barədə müvafiq arayışları uzun müddət gecikdirilən şəxslərə həmin arayışların operativ şəkildə verilməsi üçün konkret işlərə başlayıb.
Bu barədə AzVision.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məluamtda bildirilir ki, bu məqsədlə nazirin müvafiq əmri ilə yaradılmış 8 nəfərlik işçi qrupu tərəfindən ümumilikdə ölkə üzrə 17 min nəfərdən artıq vətəndaşın ilkin əlillik müayinələri ilə bağlı aparılan işlər yerindəcə araşdırılacaq və həmin şəxslər əyani müayinədən keçiriləcək, əlilliyi əsaslı hesab edilən şəxslər müayinə aktından çıxarışlarla təmin ediləcəklər.

Qeyd edilən tədbir ilkin əlillik qrupları təyin olunmuş şəxslərə müvafiq arayışların verilməsinin uzun müddət gecikdirilməsi ilə bağlı vətəndaşlarda yaranmış narazılığın aradan qaldırılmasına və əlillik təyinatlarının aparılmasında şəffaflığın təmin olunmasına xidmət edir.

Qeyd edək ki, son vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ilkin əlillik qrupları təyin olunmuş onkoloji, dializ xəstələrinə, I qrup əlilliyi olanlara, penitensiar müəssisələrdə cəza çəkənlərə, ümumilikdə 2300 nəfərə yaxın şəxsə əlillik arayışlarının verilməsi qısa müddətdə təmin olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti