KİV Fondu yeni müsabiqə elan etdi

KİV Fondu yeni müsabiqə elan etdi
  10 Dekabr 2013    Oxunub:1121
Dekabrın 10-da Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda Fondun icraçı direktoru Vüqar Səfərli, Fondun büdcəsində KİV layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsait barədə məlumat verib.

O, həmçinin, KİV layihələrinin maliyyələşdirilməsi şərtlərində bəzi dəyişikliklərin edilməsi zərurətini də qeyd edib. Bildirib ki, əvvəllər layihələrin icrası üçün 6 ay müəyyən edilib. KİV dinamik sahə olduğundan və intensiv dəyişikliklər qarşıya çıxdığından, layihələrin icra müddətinin 3 aya endirilməsi, buna uyğun olaraq müsabiqələrin ildə 2 dəfə deyil, 4 dəfə keçirilməsi məqsədəuyğun olar.

V. Səfərli onu da bildirib ki, Fondun ötən dövrdə ayırdığı maliyyə yardımları ölkə KİV-lərinin texniki imkanlarının, dövriliyinin və tirajlarının artmına ciddi təsir göstərib. Bunu nəzərə alaraq, müsabiqəyə qatılmaq istəyən KİV-lər üçün tiraj və yayımla bağlı müəyyənləşdirilən şərtlərin dəyişdirilməsi, hər buraxılışın satış və ya abunə yolu ilə yayılması həddinin 750 nüsxədən 1000 nüsxəyə, tirajın isə 2000 nüsxədən 2500 nüsxəyə çatdırılması məqbul olar.

Müşahidə Şurasının üzvləri təqdim edilmiş təkliflər ətrafında müzakirə aparıblar. Müşahidə şurasınn üzvü Əflatun Amaşov qeyd edib ki, iki il əvvəl müsabiqə şərtlərinə edilmiş əsaslı dəyişikliklərin, eyni zamanda göstərilən maliyyə dəstəyinin artırılması KİV-in inkişafına ciddi müsbət təsir göstərdiyi üçün, yeni müsabiqə şərtlərində tiraj və yaymla bağlı dəyişikliklər edilməsi realdır. Bununla yanaşı Ə. Amaşov maliyyələşmə ilə keçirilən müsabiqələrin ildə 2 dəfə deyil, 4 dəfə olmasının da məqsədəuyğunluğunu vurğulayıb.

Müşahidə Şurasının üzvləri Vüqar Rəhimzadə, Rəşad Məcid çıxış edərək tiraj və yayım şərtinin dəyişdirilməsinin KİV redaksiyalarını öz işlərinə daha məsuliyyətli yanaşmağa vadar edəcəyini bildiriblər.

Sonra təklif səsə qoyuldu və yekdilliklə qəbul edilib.


Teqlər:





Xəbər lenti