Rövnəq Abdullayev Canni İnfantino ilə görüşdü

Rövnəq Abdullayev Canni İnfantino ilə görüşdü
  09 Oktyabr 2019    Oxunub:2617
AFFA-nın prezidenti Rövnəq Abdullayev və FIFA-nın prezidenti Canni İnfantino arasında görüş keçirilib.
Azvision.az xəbər verir ki, tədbir İsveçrənin Sürix şəhərində baş tutub.

FIFA-nın mənzil-qərargahında təşkil olunan görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə FIFA rəhbərliyinə ətraflı məlumat verilib, AFFA və FIFA arasında mövcud olan səmərəli əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.

Azvision.az



Teqlər: AFFA   FİFA  





Xəbər lenti