Zakir Həsənov İran səfiri ilə görüşüb

Zakir Həsənov İran səfiri ilə görüşüb
  10 Dekabr 2013    Oxunub:1128
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə İranla Azərbaycan arasındakı əlaqələr, bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə İran İslam Respublikasının Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Əmir Fərəci Moez də iştirak edib.

AzVision.az



Teqlər:





Xəbər lenti