Azərbaycan millisi Fransaya qarşı

  10 Oktyabr 2019    Oxunub : 743
Azərbaycan millisi Fransaya qarşı
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Azvision.az xəbər verir ki, Milan Obradoviçin komandası səfərdə Fransa yığması ilə qarşılaşacaq. “Stade de l'Epopee”də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, millimiz bundan əvvəl Lixtenşteynə (0:1) və Gürcüstana (0:3) məğlub olub, Slovakiyaya (2:1) qalib gəlib. Fransa yığması isə qrupda ilk matçını millimizə qarşı keçirəcək.

Azvision.az

Teqlər: Futbol   Fransa   Milli