Qanalı hücumçu "Zirə"yə qayıtdı

  10 Oktyabr 2019    Oxunub : 820
Qanalı hücumçu "Zirə"yə qayıtdı
"Zirə" futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Riçard Qadzeni transfer edib. 25 yaşlı qanalı hücumçu ilə 1+1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Qadze daha əvvəl – 2017-ci ilin yanvarından 2018-ci ilin iyununa kimi "Zirə"də çıxış edib. O, son olaraq Rumıniyanın "Voluntari" klubunda oynayıb.

Azvision.az

Teqlər: Zirə   Futbol   Klub