Bakıda bu yol 4 gün bağlı olacaq - FOTO

  Bakıda bu yol 4 gün bağlı olacaq -    FOTO
  11 Oktyabr 2019    Oxunub:1937
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq oktyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq.

"Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik" -deyə, məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: AAYDA  





Xəbər lenti