Marşrutlara kameralar quraşdırılacaq -VİDEO

Marşrutlara kameralar quraşdırılacaq -VİDEO
  12 Mart 2013    Oxunub:6630
Sınaq kameraları artıq Bakıda 136 saylı marşrut avtobusuna tətbiq edilib
Tezliklə şəhəriçi marşrutlara kameralar quraşdırılacaq. Kameraların quraşdırılmasında məqsəd isə həm sürücünün, həm də sərnişinlərin yol boyu davaranışlarını izləməkdir. Hələlik sınaq variantı olaraq kameralar metronun 28 may stansiyasından Mərkədan istiqamətinə hərəkət edən 136 saylı marşrut avtobusuna tətbiq edilib.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bununla bağlı bildirib ki, kameranın biri sürücü, digəri isə sərnişin üçündür: “Sərnişinlər həmin monitordan avtobusun hərəkət sxeminə nəzarət edirlər, eyni zamanda, avtobus daxilində sərnişinin özünə intelektual mərkəzdən nəzarət edilir. Bunu həm də sırf təhlükəsizlik kamerası adlandırmaq olar, yəni avtobus daxilində hər hansı xoşagəlməz hal baş verərsə, bu, dərhal kamera vasitəsilə izlənilir və müvafiq tədbir görülür”.





Teqlər:  





Xəbər lenti