Britaniya səfiri autizmli uşaqlarla görüşüb - FOTOLAR

Britaniya səfiri autizmli uşaqlarla görüşüb -  FOTOLAR
  11 Oktyabr 2019    Oxunub:2442
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp və diplomatik korpusun əməkdaşları Bakıdakı “Birgə və sağlam” Autizm Mərkəzində olublar.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, mərkəzin direktoru Aytən Eynalova və müəllimləri ilə görüşən səfir burdan istifadə edən uşaqların bacarıqlarını inkişaf etdirmək, potensiallarını reallaşdırmaq və cəmiyyətdə aktiv rol oynamaq üçün görülən işləri yüksək qiymətləndiriblər.

Diplomat Böyük Britaniyanın cəmiyyətdəki inklüzivliyin əhəmiyyətinə verdiyi xüsusi diqqəti vurğulayıb.
Daha sonra mərkəzin kafesində çay içən səfir, burada mikro biznesi həyata keçirməyə kömək edən uşaqlar ilə görüşməkdən məmnun qalıb.

img src='https://azvision.az/photos/2019/10/bs4-1570798161.jpg' class='responsive-img img-responsive'/>









P.Sultanova
Azvision.az



Teqlər: Səfir   BöyükBritaniya  





Xəbər lenti