Mingəçevirdə 82 yaşlı qadın evində ölü tapılıb

  12 Oktyabr 2019    Oxunub : 925
Mingəçevirdə 82 yaşlı qadın evində ölü tapılıb
Mingəçevir şəhərində mənzildə meyit aşkar edilib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü But Stasiya Nikolayevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Meyit