Superkompyuter Çinin ətraf mühitini araşdıracaq
Hazırda Çinin 114 şəhərində havanın keyfiyyətinin və ətraf mühitin vəziyyətinin monitorinqi üçün 668 mərkəz yaradılıb.
“Tianhe-1A” 2010-cu ilin noyabr ayından 2011-ci ilin iyun ayınadək dünyanın ən güclü elektron-hesablama maşını dünya reytinqində lider olub. Lakin Yaponiyanın “Fujitsu” şirkətinin istehsalı olan “K computer” superkompyuteri istifadəyə verildikdən sonra ikinci yerə enib. Üç il əvvəl “Tianhe-1A” istismara verildikdən sonra onun köməyi ilə havanın proqnozlaşdırılması, iqlim dəyişikliklərinin monitorinqi və ətraf mühitdə müxtəlif proseslərin modelləşdirilməsində vacib nəticələr əldə olunub.
Ətraf mühitdə baş verən hadisələri proqnozlaşdıran kompyuter modelinin yaradılması layihəsi Çin Metrologiya Akademiyası, Milli Metrologiya Mərkəzi, Sinxua Universiteti və Milli Superkompyuter Mərkəzi tərəfi ilə birgə həyata keçirilir.
Teqlər: