Hollandiyalı hakim millimizi uduzdurdu - Yenilənib

Hollandiyalı hakim millimizi uduzdurdu -  Yenilənib
  14 Oktyabr 2019    Oxunub:4907
Avro-2020-nin seçmə mərhələsində növbəti oyunlara start verilib.
Azvision.az xəbər verir ki, Azərbaycan millisi səfərdə Macarıstan yığması ilə qarşılaşıb. Hollandiyalı hakimlərin idarə etdiyi görüş Budapeştin “Qrupama Arena” stadionunda keçirilib.

Matçın 10-cu dəqiqəsində Macarıstan millisi hesabı açıb. Mixail Korkut dəqiq zərbə ilə adını qol siyahısına yazdırıb.

Görüşün son dəqiqələrində millimizin futbolçusu Bəhlul Mustafazadə hesabı bərabərləşdirsə də, hakim qolu qeydə almayıb. Bununla da, komandamız hakimin kobud səhvi nəticəsində meydandan məğlub ayrılıb.

Qeyd edək ki, millimiz Bakıda macarlara 1:3 hesabı ilə məğlub olub.

Azvision.az



Teqlər: Macarıstan   Milli  





Xəbər lenti