“Futbolçularımın əziyyəti yerə vuruldu” - Yurçeviç

 “Futbolçularımın əziyyəti yerə vuruldu” -    Yurçeviç
  14 Oktyabr 2019    Oxunub:2292
"İlk növbədə rəqibi təbrik edir və uğurlar arzulayıram. Fasilə zamanı futbolçulara vəziyyəti dəyişməyin mümkünlüyünü bildirdim. İlk yarıda komandam bir qədər ehtiyatlı idi. 1:0-dan sonra dönüş etmək mümkündür. Onlara daha cəsarətli oynamağı tapşırdım. İkinci hissədə Macarıstan üçün çətin oyun oldu".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində Macarıstanla keçirilən görüşdən sonra mətbuat konfransında deyib.

Baş məşqçisinin sözlərinə görə, oyunun gedişatı barədə deyiləsi bir şey yoxdur. Bunun bir çox səbəbləri var:

"Ola bilər Azərbaycan kiçik futbol ölkəsidir, futbolda söz sahibi deyil. Əziyyətin belə ucuzlaşması sözə layiq deyil. VAR sisteminin xeyri var. Matçdan sonra 50-dək mesaj almışam. Bütün macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər. İnanılmaz səhv idi. Ən çox oyunçularıma görə üzülürəm. Onların əziyyəti yerə vuruldu. Macarıstanlı jurnalistlərə səmimiyyətlərinə görə təşəkkürümü bildirirəm".

Yunçeviç qeyd edib ki, Bəhlul Mustafazadə cəmi bir aydır əsas heyətdə oynasa da, istedadlı futbolçu olduğunu göstərməyə başlayıb.

"O, Xorvatiyaya qarşı da gözəl oynamışdı. Yəqin ki, sayılmayan qoluna görə məyusdur. Bu barədə özü ilə söhbət edəcəyəm. Amma inanıram ki, bundan özü üçün müsbət nəticə çıxaracaq".

Qeyd edək ki, bu gün Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsində Macarıstan yığmasına 1:0 hesabı ilə məğlub olub.

Azvision.az


Teqlər: Yurçeviç  





Xəbər lenti