“Azərbaycanla oyunda bəxtimiz gətirdi” - Marko Rossi

“Azərbaycanla oyunda bəxtimiz gətirdi” -   Marko Rossi
  14 Oktyabr 2019    Oxunub:2451
Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avro-2020-nin seçmə mərhələsində bu gün Azərbaycan yığması ilə keçirdikləri görüşdən sonra oyunla bağlı təəssüratlarını bölüşüb.
Azvision.az xəbər verir ki, baş məşqçi matçda 75 dəqiqə yaxşı oynadıqlarını deyib:

“75 dəqiqəni yaxşı keçirdik, sonra yorulduq. Rəqib bundan yararlanaraq qol vurdu. Xoşbəxtlikdən qol sayılmadı. Orada nə baş verdiyini görmədim. Bəxtimiz gətirdi. Onlar Xorvatiya ilə 1:1 hesablı heç-heçə ediblər, Uelsə son dəqiqələrdə qol buraxaraq uduzublar”.

Qeyd edək ki, bu gün Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsində Macarıstan yığmasına 1:0 hesabı ilə məğlub olub.

Azvision.az



Teqlər: MarkoRossi  





Xəbər lenti