Cənubi Koreya kanalı Bakıdan veriliş hazırlayıb - FOTOLAR

Cənubi Koreya kanalı Bakıdan veriliş hazırlayıb -  FOTOLAR
  14 Oktyabr 2019    Oxunub:3815
Cənubi Koreyanın nüfuzlü “KBS” (Korean Broadcasting System) televiziya kanalında yayımlanan və çox populyar olan “Battle Trip” səyahət verilişinin heyəti Bakıda çəkiliş edib.
Dövlət Turizm Agentliyindən Azvision.az -a verilən məlumata görə, məşhur gülüş ustaları və veriliş aparıcıları Kim Sook və Song Euininin rəhbərlik etdiyi heyət çəkilişlərə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından başlayıb. Onlar Qobustan və oradakı palçıq vulkanları, Nizami küçəsi, İçərişəhər, Heydər Əliyev Mərkəzi kimi turistlərin daha çox maraq göstərdiyi məkanlardan reportajlar hazırlayıblar.



Qonaqlar Azərabaycan mətbəxi ilə də yaxından tanış olublar və verilişin əsas hissəsi Bakıda yerləşən yerli və xarici restoranlarda çəkilib. Onlar milli mətbəx nümunələri ilə tanış olublar. Veriliş aparıcıları, həmçinin Bakıda ictimai nəqliyyatdan, o cümlədən metrodan və taksidən istifadə edərək burada nəqliyyatın çox gözəl təşkil olunduğunu qeyd ediblər.



Qeyd edək ki, 2016-cı ildən etibarən hər həftənin şənbə günləri efirə gedən “Battle Trip” əyləncəli səyahət şousu Cənubi Koreya vətəndaşlarının səyahət planlarına və seçimlərinə birbaşa təsir göstərir. Cənubi Koreya Azərbaycanın turizm təbliğatı üçün yeni və prioritet bazarlardan biridir və burada ölkənin turizm təbliğatı Azərbaycan Turizm Bürosu tərəfindən intensiv olaraq aparılır.



Məlumat üçün bildirək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən cənubi koreyalı turistlərin sayı 8 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 22.5% artım deməkdir.



Azvision.az


Teqlər: Cənubi-Koreya   Azərbaycan   Turizm  





Xəbər lenti