AYB: “Ya xırda məsələdir, ya da yalandır”
O, Əsəd Cahangirlə Elçin Hüseynbəyli arasında olan davaya münasibət bildirərkən qeyd edib ki, “inandırım ki, mən dünən işdə olmamışam. Bu gün isə mən işdə olanda mənə heçnə deyilməyib. Ola bilsin ki, nəsə olub. Mənim xəbərim yoxdur. Amma sabah bununla bağlı dəqiq məlumat verərəm”.
“Amma əgər böyük söz-söhbət olsaydı, mənim xəbərim olardı. Görünür nəsə ya xırda söhbətdir, ya da yalandır. Yəni mən belə başa düşürəm. Çünki orada adlar çəkilir. Mən o adamlara zəng edirəm, heç birinə düşə bilmirəm ki, görüm nə məsələdir”-deyə, AYB sözçüsü əlavə edib.
Qeyd edək ki, Aznews.az saytı AYB-də dava düşdüyü barədə məlumat yayıb. Bildirilir ki, dünən axşam saatlarında Yazıçılar Birliyinin 4-cü mərtəbəsində “Azərbaycan” jurnalının redaksiyasında yazıçı Elçin Hüseynbəyli ilə tənqidçi Əsəd Cahangir arasında şiddətli münaqişə baş verib. Münaqişəyə səbəb “Daş yuxular” romanının müəllifi Əkrəm Əylisli olub. Əsəd Cahangirin Əkrəm Əylislini müdafiə edən çıxışı Elçin Hüseynbəylinin narazılığına səbəb olub və nəticədə dava düşüb.
Dava sonunda Əsəd Cahangir Elçin Hüseynbəyliyə tərəf butulka atıb. Butulka divara çırpılaraq Elçin Hüseynbəylinin boğazına tuşlanıb. Bu zaman AYB-in məsul katibi Tofiq Mehdiyev əlini qabağa verdiyindən E.Hüseybəylinin boğazı kəsilməkdən xilas olsa da, sonda T.Mehdiyevin əli doğranıb. T.Meydiyevin əlinə tikiş qoyulub.
Sevinc İltifatqızı
Teqlər: