Füzulidə tank əleyhinə mina tapılıb

  14 Oktyabr 2019    Oxunub : 1063
Füzulidə tank əleyhinə mina tapılıb
Füzuli rayonunda tank əleyhinə mina tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Azvision.az -a verilən məlumata görə, bu gün saat 08:05-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.



Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə Şükürbəyli kəndi ərazisində əkin sahəsinə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə TM-62M minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minanın ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.



Azvision.az

Teqlər: Füzuli   Mina   Tankəleyhinə