Azərbaycanda Türk Şurasının 3200 şirkəti fəaliyyət göstərir

Azərbaycanda Türk Şurasının 3200 şirkəti fəaliyyət göstərir
  14 Oktyabr 2019    Oxunub:2019
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər tərəfindən Azərbaycan iqtisadiyyatına 12,3 milyard dollar həcmində investisiya yatırılıb.
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində Biznes Forumda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Türk Şurasının 3200 şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir.

"Bu günə qədər Azərbaycan tərəfindən Şuraya üzv ölkələrin iqtisadiyyatlarına 15,3 milyard dollar həcmində investisiya yatırılıb. Ticarət əlaqələrində müsbət dinamika müşahidə edilir. Şuraya üzv dövlətlər arasında ticarəti həcmi 10 il ərzində 2 dəfə artıb. Məhsullar üzrə üzv ölkələrin qarşılıqlı ticarət dövriyyəsi 7 milyard dollara çatıb. Özbəkistanın sabah Şuraya üzv olması ilə ticarətin həcmi 12 milyard dollara çatacaq".

Nazir müavini qeyd edib ki, Şuraya üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 12 faiz təşkil edir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Türk-Şurası   Şirkət  





Xəbər lenti