Bakının bir neçə rayonunda qaz olmayacaq

Bakının bir neçə rayonunda qaz olmayacaq
  11 Dekabr 2013    Oxunub:1341
Bu gün Azərbaycan və Bakı şəhərinin bəzi rayonlarında təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
«Azəriqaz» İB-dən AzVision.az-a verilən məlumata görə, bu gün saat 12:00-dək Yevlax və Qəbələ rayonlarının bir hissəsinə, saat 18:00-dək Xaçmaz şəhəri daxil olmaqla rayonun bir hissəsinə, saat 11:00-dan 16:00-dək Pirallahı rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Goranboy rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Balakən rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

Məlumata görə, təbii qazın verilişində məhdudiyyət təmir işləri ilə əlaqədar həyata keçirilir.


Teqlər:





Xəbər lenti