YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi

YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi
  11 Dekabr 2013    Oxunub:1262
Bu gün bir sıra dövlət rəsmiləri, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, millət vəkili Siyavuş Novruzov, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov , Baş nazirin müavini Əli Əhmədov, millət vəkili Bahar Muradova, Şəmsəddin Hacıyev Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.

AzVision.az-ın əməkdaşının verdiyi məlumata görə, rəsmilər daha sonra akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.

Qeyd edək ki, sabah ümummilli liderin ölümünün ildönümü günüdür.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti